Dünya 20-02-2026, 16:30

Şahzadə Endryunun keçmiş evində axtarışlar aparılır


Britaniya hüquq-mühafizə orqanlarının əməkdaşları fevralın 19-da 11 saat ərzində Kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzoru dindirdikdən sonra onun keçmiş evində axtarışlar aparmağa başlayıblar.

Planetinfo.az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

Belə ki, istintaq London yaxınlığındakı Vindzor qəsri ərazisində yerləşən Royal Lodge yaşayış yerində aparılır.

66 yaşlı Mountbatten-Windsor 2026-cı ilin fevral ayına qədər orada yaşayıb və sonra Norfolkdakı kral Sandringham mülkündəki bir evə köçüb. Onun hazırkı ünvanında axtarışlar başa çatıb.

Keçmiş şahzadə dünən saxlanılıb və dindirilmək üçün polis nəzarətinə götürülüb. Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir.

Endryunun eyni zamanda bütün dünyada gündəm yaradan Epşteyn işində adı hallanır.

Xəbər lenti