Venesuela Milli Assambleyası 1 yanvar 1999-cu ildən 2026-cı ilə qədər məhkum edilmiş siyasi məhbusların azadlığa buraxılmasını nəzərdə tutan Demokratik Birgə Yaşamaq üçün Amnistiya Qanununu yekdilliklə qəbul edib.
Planetinfo.az xəbər verir ki, bunu Parlament sədri Xorxe Rodrigez Venezolana de Television televiziya kanalına müsahibəsində açıqlayıb.
Ümumi əfv təşəbbüsü 2026-cı ilin yanvar ayının sonlarında Prezidentin xüsusi elçisi Delsi Rodriges tərəfindən elan edilib.
Rodrigezin sözlərinə görə, siyasi məhbusların azad edilməsi respublikada milli barışığa, sülhə və demokratik islahatlara töhfə verməlidir. Bəşəriyyətə qarşı ağır cinayətlərdə, insan hüquqlarının pozulmasında, qəsdən adam öldürmədə, korrupsiyada və narkotik qaçaqmalçılığında məhkum edilmiş məhbuslar əfvdən yararlana bilməzlər. Qanun Prezidentin elçisi tərəfindən imzalandıqdan və Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.