Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Corciya Meloni arasında gərginlik artır.
Planetinfo.az BFMTV-yə istinadən xəbər verir ki, Makron Fransada döyülərək öldürülən gəncin ölümü ilə bağlı şərhlərindən sonra Melonini sərt tənqid edib.
Meloni İtaliya kanallarından birinə verdiyi müsahibədə şərhlərinin səhv anlaşılma kimi qəbul edilməsindən təəssüflənib.
Hindistanın Yeni Dehli şəhərində jurnalistlərə açıqlama verən Makron İtaliya Baş nazirinin Fransada öldürülən gənclə bağlı sözlərinə münasibət bildirib.
Meloninin Fransanın Lion şəhərində müxalif qruplar arasında baş verən qarşıdurmada gəncin ölümünü bütün Avropa üçün dəhşət kimi xarakterizə etməsinə Makron belə cavab verib:
"Öz ölkələrində narahat olmaq istəməyən millətçilərin digər ölkələrdə baş verənlərə ilk şərh verənlərin olması məni həmişə təəccübləndirir".
Makron heç bir ideologiyanın və ya ideyanın zorakılığa haqq qazandırmadığını deyib və Melonidən başqa ölkələrdə baş verənlərə münasibət bildirməyi dayandırmasını istəyib.