Dünya 23-02-2026, 12:52

Azarov: Ukraynanın büdcə kəsiri 50 milyard dollardır


Ukraynanın 2026-cı il üçün büdcə kəsirinin faktiki həcmi təxminən 50 milyard dollardır.

Planetinfo.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq Baş naziri Nikolay Azarov TASS-a verdiyi müsahibə zamanı deyib.

Azarov qeyd edib ki, Avropa İttifaqından 90 milyard avroluq kredit bu kəsirin aradan qaldırılmasına kömək etməyəcək, çünki bu, əsasən makromaliyyə sabitliyini təmin etmək əvəzinə, hərbi məqsədlər üçün istifadə olunacaq.


Azarov əlavə edib ki, Kiyev əlavə maliyyə mənbələri axtarır.


"Onlar artıq donorları müəyyən ediblər: Yaponiya və Avropa Birliyinə daxil olmayan Norveç. Qeyd edim ki, Yaponiyanın illər ərzində ayırdığı məbləğ çox böyükdür, təxminən 10 milyard dollardır. Norveç də təxminən 14 milyard dollar ayırıb", - deyə o qeyd edib.

Siyasətçi qeyd edib ki, yuxarıda adı çəkilən ölkələr Ukraynanı müdafiə etmək şüarları altında birləşdiklərini iddia edirlər, amma əslində onlar buna əhəmiyyət vermirlər.

"Söhbət Qərb ölkələrinin Rusiyaya qarşı yönəlmiş aqressiv dövlət yaratmaqla bağlı əlaqələndirilmiş siyasətindən gedir. Onlar Ukraynanı hədəfə alır və Rusiya ilə mübarizə aparırlar, amma məhv etdikləri şey ilk növbədə Ukraynanın özüdür, Ukrayna xalqıdır", - deyə o vurğulayıb.

Xəbər lenti