Dünya 23-02-2026, 13:11

ABŞ məşhur kartel liderinin öldürülməsində Meksiyaya kömək etdi


ABŞ Meksika kəşfiyyat orqanlarına "El Menço" ləqəbli, Halisko narkotik kartelinin lideri Ruben Oseguera Servantesin öldürülməsi ilə nəticələnən əməliyyatda kömək edib.

Planetinfo.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

ABŞ rəsmisinin sözlərinə görə, əməliyyat Meksika hərbçiləri tərəfindən həyata keçirilib, lakin ABŞ-Meksika birgə əməliyyat qrupunun iştirakı da daxil edilib.

Narkotik kartelləri ilə mübarizə aparmaq üçün 2025-ci ilin yanvar ayında Pentaqon tərəfindən yaradılmış əməliyyat qrupu Arizonada yerləşir və kəşfiyyat və hüquq-mühafizə orqanlarının, eləcə də ABŞ hərbçilərinin nümayəndələrini əhatə edir.

Xəbər lenti