Dünya 23-02-2026, 15:16

Trampın bu qərarları qüvvədən düşdü - Ali Məhkəmə tarifləri dayandırdı


Fevralın 24-dən etibarən ABŞ Ali Məhkəmənin qərarından sonra müəyyən mallara tarif tətbiqini dayandıracaq.

Planetinfo.az xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən tariflər artıq qüvvədə olmayacaq və istehlak üçün idxal edilən mallara qarşı saat 00:00-dan etibarən tarif yığılmayacaq.

Ötən gün Avropa Komissiyası elan edib ki, Avropa İttifaqı ABŞ Ali Məhkəməsinin tarifləri qaldırmaq qərarından sonra ABŞ ilə ticarət müqaviləsindən çıxmaq niyyətində deyil.

Xəbər lenti