Dünya 23-02-2026, 15:23

Qazaxıstan referendum keçirməyə bu qədər pul ayırdı - FANTASTİK MƏBLƏĞ


Qazaxıstan hökumət konstitusiya ilə bağlı yeni referendumun keçirilməsinə 20 milyard tenge (41 milyon dollar) xərcləyəcək.

Planetinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının üzvü Mixail Bortnik jurnalistlərə açıqlamasında bildirib.

Bortnik qeyd edib ki, vəsaitin 75 faizi bütün səviyyələrdə seçki komissiyaları işçilərinin əmək haqqının ödənilməsinə sərf olunacaq. Vəsaitin digər hissəsi Qazaxıstan Xarici İşlər Nazirliyinə xaricdəki seçki məntəqələrində səsvermənin təşkili və keçirilməsi üçün ayrılacaq.

O, həmçinin əlavə edib ki, komissiya əlavə pul xərcləmək niyyətində deyil və artıq müəyyən vəsait qənaət edib. Referendum üçün lazım olan ilkin məbləğ daha yüksək olub. Səsvermənin nəticələrindən sonra faktiki xərclər də azala bilər.

Qeyd edək ki, referendum martın 15-nə planlaşdırılıb. Qazaxıstanda və xaricdə 10 mindən çox seçki məntəqəsi yaradılacaq. 12 milyondan çox Qazaxıstan vətəndaşı referendumda iştirak edəcək.

Xəbər lenti