Dünya 24-02-2026, 13:45

ABŞ-İran danışıqları nəticəsiz olacaq: Hərbi əməliyyatlar qaçılmazdır




“Birləşmiş Ştatlarla İran arasında davam edən danışıqların hər iki tərəfi qane edəcək sonluqla bitəcəyi mümkün görünmür. Çünki nə Vaşinqton, nə də Tehran öz prinsipial mövqeyindən geri çəkilmək fikrindədir. Düzdür, tərəflər danışıqları davam etdirməkdə maraqlı olduğunu bildirib. Ancaq danışıqlar prosesinin davam etdirilməsində də hər iki tərəfin öz marağı var”.

Bunları Planetinfo.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, İran bununla vaxt qazanmağa, uranın zənginləşdirilməsi prosesini sürətləndirməyə çalpışdığı halda, Birləşmiş Ştatlar İslam Respublikası ətrafında hərbi gücünü artırmağı hədəfləyib:

“ABŞ İraqda həyata keçirdiyi əməliyyatdan sonra ilk dəfədir ki, İordaniyadakı hərbi gücünü birə beş artırıb. Bu ölkədəki hərbi bazalara döyüş təyyarələri yerləşdirib. Bu ABŞ-ın açıq-aşkar müharibə hazırlıqlarına başladığını göstərir. Vaşinqtonda gözəl bilirlər ki, İranda əsas söz sahibi molla rejimi, Ayətullah Əli Xamenei olduğu təqdirdə Tehranla heç bir halda uzlaşma əldə etmək mümküm deyil. Ona görə də danışıqları davam etdirməklə yanaşı, İran ətrafında hərbi üstünlüyünü də artırır”.

Arzuman Muradlı qeyd edib ki, bu ərəfədə İranda yaşayan etnik xalqlara mümkün hakimiyyət dəyişikliyinə hazır olmaq barədə mesajın verilməsi, bir sıra ölkələrin öz vətəndaşlarını İrandan çıxmağa çağırması molla rejiminə qarşı hərbi əməliyyatların qaçılmaz olduğunu deməyə əsas verir:

“Digər tərəfdən İran rejiminin mövcudluğunu istəməyən böyük güclər də maksimum dərəcədə Vaşinqton-Tehran danışıqlarının nəticəsiz baa çatmasını istəyirlər və onlar da hansısa formada danışıqların pozulması və İranın vurulması tərəfdarıdırlar”.

Anar

Xəbər lenti