Dünya 25-02-2026, 16:36

Orban: Macarıstan enerji obyektlərinin Ukrayna hücumlarından qoruyacaq

Macarıstan enerji obyektlərinin Ukraynadan mümkün hücumlardan hərbi müdafiəsini təmin edəcək.

Planetinfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Şurasının iclasından sonra Baş nazir Viktor Orban bildirib.

O qeyd edib ki, Ukraynanın Macarıstanın enerji təhlükəsizliyini pozmaq cəhdlərinə cavab olaraq, o, kritik enerji infrastrukturunun qorunmasının gücləndirilməsini əmr edib.


"Bu o deməkdir ki, hücumları dəf etmək üçün lazım olan hərbi hissələr və resurslar vacib enerji obyektlərinin yaxınlığında yerləşdiriləcək. Polis müəyyən elektrik stansiyaları, paylama stansiyaları və idarəetmə mərkəzləri yaxınlığında artırılmış patrul xidməti həyata keçirəcək. Ölkənin şimal-şərqindəki Şabolç-Şatmar-Bereq bölgəsində dron uçuşlarına qadağa qoyulub", - deyə Orban qeyd edib.

Xəbər lenti