"İrana qarşı davam edən hərbi əməliyyatlar fonunda Birləşmiş Ştatlar prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı koalisiya yaratmaq təşəöbbüsü reallaşmayacaq. Çünki ayrı-ayrı ölkələr təhlükəsizlik baxımından Ağ Ev rəhbərinin təşəbbüsünə ehtiyatla yanaşırlar. Hər hansı bir ölkənin həmin koalisiyaya qoşulması həmin ölkənin də İranın zərbələrinin hədəfinə çevirə bilər".
Bunları
Planetinfo.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, İran ABŞ-ın bazalarının mövcud olduğu Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və s. ölkələri hədəf aldığı halda, koalisiyaya qoşulacaq digər ölkələri də vura bilər:
"Artıq Yaponiya və Avstraliya öz mövqeyini açıqlayıb. Sözügedən ölkələr Hörmüz boğazına hərbi gəmi göndərməyəcəyini bəyan edib. Eyni zamanda NATO üzvü olan ölkələr də məsələyə ehtiyatla yanaşırlar. Hər nə qədər Hörmüz boğazı enerji daşımaları baxımından ölkələr üçün həyati əhəmiyyət kəsb etsə də, ancaq təhlükəsizlik, İran zərbələrinə tuş gəlməmək bu ölkələr üçün daha məqbul seçimdir".
Politoloq qeyd edib ki, cərəyan edən proseslər, İrana qarşı hərbi əməliyyatların davam etməsi qlobal ölçüdə ciddi fəsadların meydana çıxacağını deməyə əsas verir.
Anar