Dünən vətəndaşlar tərəfindən qanunsuz saxlanılan bir avtomat silahı, altı tüfəng, iki patron darağı və 56 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.