Dünya 16-03-2026, 14:31

İran Yaxın Şərqdə üstünlüyü ələ alıb - Amerika və İsrail heç nə edə bilmir

"Hörmüz boğazının bağlanmasından sonra Yaxın Şərqdə üstünlük İrana keçib".

Planetinfo.az xəbər verir ki, bu sözləri London Kral Kollecinin alimi Peter Neumann "The Guardian" qəzetinə açıqlamasında deyib.

"Artıq bir neçə gündür ki, ABŞ Hörmüz boğazının bağlanmasına yaxşı bir cavab tapmağa çalışır, açıq-aydın bunu gözləmirdilər", - deyə o bildirib.

Neumann qeyd edib ki, ABŞ ordusunun İrandakı hədəfləri vurmaqda uğur qazanmasına baxmayaraq, ölkəyə endirilən zərbələr istənilən siyasi effekti verməyib.

Qeyd edək ki, martın 11-də İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü Xatəm əl-Ənbiya bildirib ki, İran ABŞ və ya müttəfiqləri ilə əlaqəli heç bir neft yükünün Hörmüz boğazından keçməsinə icazə verməyəcək.

Xəbər lenti