ABŞ və İsrailin Tehrana hücumları nəticəsində 503 nəfər həlak olub.
Planetinfo.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb.
Təcili yardım xidmətlərinin rəhbəri Məhəmməd Esmail Tavakollinin sözlərinə görə, 5700 nəfər yaralanıb.
Qurbanların əksəriyyəti mülki şəxslər olub.
"Təəssüf ki, ölənlər arasında 2 aylıqdan 12 yaşa qədər 12 uşaq da olub", - deyə Tavakolli bildirib.