Dünya Bugün, 16:30

"NATO-nun ABŞ və İsrailə kömək etməsi real görünmür"


"NATO-nun İrana qarşı əməliyyatlarda ABŞ və İsrailə hərbi yardım göstərməsi, o cümlədən Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etməsi real görünmür".

Planetinfo.az xəbər verir ki, bu sözləri NATO-nun Müdafiə İnvestisiyaları üzrə keçmiş baş katibinin köməkçisi Vendi Gilmor Kanadanın CBC radiosuna açıqlamasında deyib.

Gilmor bildirib ki, hazırda NATO-nun Yaxın Şərqə qoşun göndərəcəyi ssenari həqiqətdən kənar görünür.

O izah edib ki, NATO, Avro-Atlantik bölgəsindəki bir və ya daha çox üzv ölkəyə silahlı hücum halında kollektiv cavabı nəzərdə tutan Beşinci Maddəyə əsaslanan müdafiə ittifaqıdır.

Gilmorun sözlərinə görə, NATO aktivlərindən istifadə edərək İran raketlərini ələ keçirən Türkiyənin təşkilatdan əlavə yardım istəməsi ehtimalı var.

Xəbər lenti