Dünya Bugün, 16:45

Ukrayna cəbhəsində növbəti biabirçılıq - Əsgərlər silahları oğurlayıb satırlar


Cəbhə xəttində bir qrup əsgər ayda 34 min dollarlıq silah oğurlayaraq satıb, bəzi silahları poçtla göndəriblər.

Planetinfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosu (SBI) məlumat verib.

Büronun Telegram kanalında bildirilib ki, hərbçilər ordunun arsenalından silah, partlayıcı maddələr və sursat çıxararaq satıblar.

Departament əlavə edib ki, Odessaya poçtla qumbaraatanlar da daxil olmaqla silahlar göndəriblər və daha çox miqdarda silahı şəxsən çatdırıblar. Yaralı əsgərləri daşımaq üçün nəzərdə tutulmuş təxliyə vasitəsindən istifadə ediblər.

Qeyd edək ki, bir müddət öncə hərbçilərin mütəşəkkil cinayətkar qruplara silah satdıqları iddia edilmişdi.

Xəbər lenti