Dünya 24-11-2025, 09:23

Mərkəzi Asiya regionuna olan maraq artıb




“Son illər beynəlxalq aləmdə baş verən hadisələr fonunda, dünyanın yenidən düzənlənməsi və şəkillənməsi istiqamətində, istər siyasi, istərsə də iqtisadi baxımından, Mərkəzi Asiya regionuna olan maraq artıb. Bu səbəbdən region uğrunda mübarizə dünyanın diqqət mərkəzində yer almaqdadır. Regiona maraq, əvvəlki illərə müqayisədə bir neçə dəfə artıb”.

Bu fikirləri Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, dünya gücləri arasında, regionla bağlı rəqabətin bu səviyyədə inkişafı bir sıra mühüm amillərlə bağlıdır:

“Rusiya və Ukrayna müharibəsi fonunda, xüsusilə də Rusiyanın və Çinin yürütdüyü siyasətdən dolayı Tramp Administrasiyası Mərkəzi Asyada fəaliyyətini təkcə regional siyasət üzərində qurmaqla kifayətlənmir, onlar həmçinin regionda yeni qlobal güc balansını öz xeyrirlərinə həll etməyə çalışırlar. Məhz Tramp Administrasiyası Mərkəzi Asiya üzrə siyasətin ana xəttini bu istiqamətdə qurur və formalaşdırmağa çalışır. Bunun üçün ABŞ, Mərkəzi Asiya regionunda bütün imkanları ilə boşluqları doldurmğa başlayıb. Çünki, ABŞ dövləti tarixində heç vaxt Mərkəzi Asiyaya, bu qədər diqqət ayrılmamışdır. Bu baxımdan son 5 ildə Mərkəzi Asiyaya olan diqqət, bu regionun əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artırıb”.

Anar

Xəbər lenti