Ermənistanın keçmiş müdafiə nazirləri David Tonoyan və Vaqarşak Harutyunyan arasında ərazilərin Azərbaycana verilməsi məsələsi üzərində qalmaqal baş verib.
Planetinfo.az xəbər verir ki, Vaqarşak Arutyunyan Tonoyanı Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı ittiham edib. İddia edib ki, yolun təhvil verilməsinin qarşısının almağa çalışıb, lakin David Tonoyan müdafiə naziri olduğu vaxt – atəşkəslə bağlı üçtərəfli bəyanat imzalananda yolun Azərbaycana verilməsi reallaşıb.
Tonoyan isə bu ittihamları qəbul etməyib. Bildirib ki, atəşkəslə bağlı razılaşma 9 noyabr (10 noyabr-red) 2020-ci ildə olub: “Lakin mən 20 noyabrdan əvvəl baş verənlərə görə məsuliyyət daşıyıram. 20 noyabrdan əvvəl belə bir qərar qəbul edilməyib. Danışıqlar davam edirdi”, - Tonoyan bildirib.
Bununla o, 20 noyabr 2020-ci ildə müdafiə naziri təyin edilən Harutyunyanı günahlandırıb.
Qeyd edək ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi 2020-ci ilin dekabrında Azərbaycanın nəzarətinə keçib.