Gündəm 1-06-2026, 14:22

Donald Trampdan İlham Əliyevə xatirə hədiyyəsi



Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Azadlığa Dəstək Aktının 907-ci bölməsinin istisnasının uzadılmasına görə təşəkkür edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" sosial şəbəkəsində paylaşım edilib:

“Mənə xatirə hədiyyəsi kimi, şəxsi qeydiniz və xoş sözlərinizlə müşayiət olunan Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”.

Xəbər lenti