Qida təhlükəsizliyi üzrə mütəxəssis Kristina Lora naringi istehlakı zamanı insanların tez-tez yol verdiyi bir səhvdən danışıb.
O, bu barədə "ABC" nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, çoxları naringini təmizlədikdən sonra üzərində qalan ağ sapları iştahaaçıcı görünmədiyini düşünərək təmizləyir. Lakin əslində bu nazik təbəqə – albedo – meyvənin ən faydalı hissəsidir.
Kristina Lora izah edib ki, bu liflər naringinin dilimlərindən 20 dəfə çox antioksidant və qanda "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edən külli miqdarda pektin ehtiva edir. O, həmçinin əlavə edib ki, naringi bütövlükdə C vitamini ilə zəngin bir meyvədir.