Gündəm 6-06-2026, 18:55

Bu qurumun rəhbəri dəyişdi



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Nəqliyyat Təlim Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.
Bu, Orxan Həsənovdur.

O, bu vəzifədə Əyyub Kərimlini əvəz edib.

"Nəqliyyat Təlim Mərkəzi" 2004-cü ildə "Albalılıq Avtoparkı" adı ilə yaradılıb, 2025-ci ildə adı dəyişdirilib. Onun nizamnamə kapitalı 17,2 min manatdır.

Xəbər lenti