Gündəm / Siyasət
Dün, 20:15
Türkiyə və Azərbaycan UNESKO-ya birgə müraciət təqdim etdilər
Türkiyə və Azərbaycan paxlavanın UNESKO-nun Ümumdünya İrs Siyahısına "baklava" və "pakhlava" adları altında daxil edilməsi üçün birgə müraciət təqdim ediblər.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Bu, Yunanıstanın şirniyyata müəlliflik hüququ tələb etmək cəhdlərinə cavabdır. Müraciətlə bağlı yekun qərar 30 noyabr - 5 dekabr tarixlərində Çinin Syamen şəhərində keçiriləcək UNESKO Hökumətlərarası Komitəsinin iclasında veriləcək", - məlumatda qeyd edilib.(Axar.az)