Gündəm / Dünya Bugün, 19:42

Makronun qara eynəyi yenə gündəm oldu



Fransa prezidenti Emmanuel Makron yenidən ictimaiyyət qarşısına tünd rəngli gün eynəyi ilə çıxıb və bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bu barədə Fransanın “Patriotlar” Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində paylaşım edib.

Filippo istehzalı şəkildə Makronun yenidən gün eynəyi taxmasına diqqət çəkərək bunu həyat yoldaşı Bricit Makronla əlaqələndirib.

“Makron yenə gün eynəyindədir! Növbəti şillə, yoxsa yenə özünəməxsus davranış nümayişi?” - deyə siyasətçi yazıb.

O, həmçinin bildirib ki, Makronun bu ilin yanvarında istifadə etdiyi eynəyi istehsal edən şirkət fəaliyyətini dayandırıb.

Xəbər lenti