Son dörd gün ərzində Hörmüz boğazından 124 yük gəmisi keçib.
Gəmi hərəkətini izləyən Kpler şirkətinin təhlilinə görə, hazırda boğazdan keçən yük gəmilərinin sayı İran ətrafında gərginlik yaranmazdan əvvəlki səviyyəyə yaxınlaşıb.
Şirkətin statistikası yalnız tankerlər, toplu yük gəmiləri, həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) daşıyan gəmiləri əhatə edir. Konteyner gəmiləri isə bu hesablamalara daxil edilməyib.
Xatırladaq ki, daha əvvəl ekspertlər Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qayıtmasının minaların təmizlənməsi səbəbindən aylarla vaxt apara biləcəyini bildirmişdilər.