Gündəm / Dünya
Bugün, 20:25
Rusiya Türkiyədən gətirilən bu məhsullara qadağa qoydu
“Rosselxoznadzor” (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) 18 iyul 2026-cı il tarixindən etibarən beş türk ixracatçısından Rusiyaya çəyirdəkli meyvə məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.
Qurumun açıqlamasında bildirilir ki, bu qərar Türkiyədən Rusiyaya gələn çəyirdəkli meyvə məhsullarında Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün karantinə alınan orqanizmlərin sistematik şəkildə aşkarlanması ilə əlaqədar qəbul edilib.
Müvəqqəti məhdudiyyətlər Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının VII maddəsi və Federal Qanun əsasında tətbiq edilmişdir.