Ermənistanda yeniyetmə idmançı enerji içkisinin qurbanı olub.
Bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, faciəvi hadisə dünən Artaşatın Kaqtsraşen kəndində baş verib. Aktiv şəkildə futbol oynayan 13 yaşlı qız qəfl ölüb.
"Kənddə azyaşlının enerji içkilərindən çox istifadə etməsi və məhz bu amilin onun ölümünə səbəb olması barədə şayiələr yayılıb. Kaqtsraşen administrasiyasının rəhbəri Aşot Xalatyan da bu məlumatı təsdiqləyib. Xalatyan deyib ki, qızın yüksək hərarəti olub və baş nahiyəsindən irinli maye axan formada xəstəxanaya çatdırılıb. Aşot da deyib ki, o, çoxlu enerji içkiləri içirmiş... Qız çox aktiv həyat tərzi keçirib, artıq futbol klublarına da çağırılırmış. Onun ölümü cəmiyyət üçün böyük bir faciədir",- nəşr yazıb.