Bu ilin yanvar-may aylarında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 816 ton şirin quru peçenye ixrac edib.
Bu, 2025-ci ilin göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 788 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,3 dəfə çox) 524 ton (+91 %), İraqa 137 min ABŞ dolları dəyərində (+46 dəfə) 125 ton (+63 dəfə), Rusiyaya 67,7 min ABŞ dolları dəyərində (-1,3 %) 40 ton (+18 %), İsrailə 35,4 min ABŞ dolları dəyərində (+7 dəfə) 15,6 ton (+4 dəfə), Özbəkistana 33,4 min ABŞ dolları dəyərində 40 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.
2025-ci ildə Azərbaycandan ixrac edilmiş 1 min 311 ton peçenyenin 76 %-i Gürcüstanın payına düşüb.