Gündəm / Dünya
Dün, 22:20
Qonşu ölkədə ilk uçan taksi sınaqdan keçirildi
Qazaxıstanın paytaxtı Astanada pilotsuz "AutoFlight Prosperity" aerotaksisinin ilk sınaq uçuşu uğurla həyata keçirilib.
Çin və Qazaxıstan şirkətlərinin birgə hazırladığı aparat şaquli qalxma və eniş edib, havada 10 dəqiqə qalaraq 2,4 kilometr məsafə qət edib. Təhlükəsizlik məqsədilə uçuş zamanı kabinədə sərnişin olmayıb.
Beş sərnişin və bir pilot üçün nəzərdə tutulan aerotaksi 13 elektrik mühərriki ilə təchiz olunub.
Aparat saatda 200 kilometr sürət yığa bilir və tam enerji ilə 200 kilometrədək məsafə qət etmək imkanına malikdir.