Gündəm / Siyasət / Dünya Bugün, 20:00

Trampın hədələdiyi ölkədən reaksiya: Gəlin və nəyə ehtiyacımız olduğunu öyrənin


Mali hakimiyyəti ABŞ-dan “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nusrat əl-İslam vəl-Müslim”in (JNIM) mövqelərinə mümkün zərbələr barədə təsdiq almayıb.

Bunu Mali xarici işlər naziri Əbdülay Diop bildirib.

"Hazırda ABŞ rəsmilərindən bu məsələ ilə bağlı heç bir təsdiq və ya rəsmi açıqlama almırıq. Buna görə də ABŞ hökumətinin hansı mövqe tutacağını bilmirik", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, Mali təhlükəsizlik və müdafiə məsələlərində "ilk növbədə özünə və öz resurslarına güvənir". O, istənilən tərəfdaşın respublikanın suverenliyinə hörmət etməsinin vacibliyini vurğulayıb və ABŞ hakimiyyətini "gəlməyə və Malidən əslində nəyə ehtiyacı olduğunu soruşmağa" çağırıb.

"Washington Post" qəzeti əvvəllər Tramp administrasiyasının Malidə JNIM-ə qarşı hərbi əməliyyat keçirməyi nəzərdən keçirdiyini bildirmişdi. Lakin ABŞ rəhbərliyi daxilində bu cür hücumların zəruriliyi ilə bağlı fikir ayrılıqları qalmaqdadır.

Xəbər lenti