Gündəm Bugün, 18:40

Bu səhvi etməyin: Evdə saxlanılan qızıllar dəyərini itirir



Evdə saxlanılan qablaşdırılmış qızılların qorunması zamanı edilən kiçik bir səhv sahibinə ciddi ziyan vura bilər.

Rütubət, yüksək temperatur və mexaniki təzyiq nəticəsində qablaşdırması və ya jelatini zədələnən qızılların dəyəri hər qram üçün təxminən 3-5 faiz azalır.

Qablaşdırmanın zədələnməsi ilə QR kod, holoqram, seriya nömrəsi və rafineriya imzası kimi orijinallığı təsdiqləyən göstəricilər də etibarsız hesab oluna bilər.

Qablaşdırmasız və ya paketi cırılmış qızıllar zərgərlər tərəfindən əlavə yoxlamalardan keçirilir. Məhsul yenidən çəkilir, əyarı yoxlanılır, zərurət yaranarsa kəsilərək tərkibi də araşdırılır.

Mütəxəssislər qızıl sahiblərinə qablaşdırmanı açmamağı, məhsulu quru və otaq temperaturunda saxlamağı, həmçinin əzilmə və cızılmaların qarşısını almaq üçün xüsusi qoruyucu qutulardan istifadə etməyi tövsiyə edirlər.

Xəbər lenti