İlin birinci yarısında prokurorluq orqanlarının apardığı istintaq tədbirləri ilə vətəndaşlara və dövlətə vurulmuş 27 milyon manatdan çox ziyanın ödənilməsi təmin olunub.
Bu barədə Azərbaycan Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.
Bildirilib ki, yekunlaşan cinayət işləri üzrə müəyyən edilən maddi ziyandan 27 milyon 152 min manatın ödənilməsinə nail olunub. Bundan başqa, vurulan ziyanın tam bağlanması üçün 3 milyon 485 min manat dəyərində əmlakın üzərinə həbs qoyulub.
Qeyd edilib ki, korrupsiya və rüşvətxorluq hallarına karşı mübarizə tədbirləri çərçivəsində qanunsuzluq edən vəzifəli şəxslər məsuliyyətə cəlb ediliblər.