Gündəm / Dünya Dün, 23:30

Dünya Kolumbiyada güclü zəlzələ: 132 nəfər ölüb, 570 nəfər yaralanıb



Kolumbiyanın qərbində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində azı 132 nəfər həyatını itirib, 570 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam etdiyindən ölən və yaralananların sayının artacağı istisna edilmir.

Güclü yeraltı təkanların ardından Kolumbiya hökuməti ölkədə fövqəladə vəziyyət elan edib. Xilasetmə və təhlükəsizlik tədbirlərinə dəstək məqsədilə bölgəyə əlavə hərbi qüvvələr göndərilib.

Zəlzələ nəticəsində ölkə üzrə çoxsaylı binalar dağılıb, bir sıra hava limanlarının fəaliyyəti dayandırılıb.

Hazırda dağıntılar altında qalan insanların xilas edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Xəbər lenti