Gündəm / Siyasət / Dünya Bugün, 21:30

Bəşər Əsədin əmisi oğluna ölüm hökmü verildi



Suriyada devrilmiş rejimin lideri Bəşər Əsədin əmisi oğlu Vəsim Əsəd barəsində ölüm hökmü çıxarılıb.
Dəməşqdəki Dördüncü Cinayət Məhkəməsi Vəsim Əsədi qəsdən və planlı şəkildə çoxsaylı qətllər törətməkdə, işgəncə, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərində təqsirli bilib.

Məhkəmənin məlumatına görə, Vəsim Əsəd silahlı qruplar yaradıb və həmin qruplar Şərqi Qutada mülki ərazilərə hücumlarda, eləcə də Məlahə qəsəbəsində dinc sakinlərin qətlə yetirilməsində iştirak edib.

Onun rəhbərlik etdiyi qrupların Suriyanın müxtəlif bölgələrində insanların oğurlanması və öldürülməsində də iştirak etdiyi bildirilib.

Məhkəmə həmçinin Vəsim Əsədin daşınar və daşınmaz əmlakının dövlət xəzinəsinin xeyrinə müsadirə olunmasına qərar verib.

Qeyd edək ki, avqustun 11-də Bəşər Əsəd, qardaşı Mahir Əsəd və digər yüksək vəzifəli şəxslər barəsində də ölüm hökmü çıxarılmışdı.

Xəbər lenti