Gündəm Bugün, 18:00

Razılıq verdi, məğlubedilməz amerikalı ilə döyüşəcək



Keçmiş UFC çempionu, braziliyalı Aleks Pereyranın məşqçisi Qlover Teyşeyra bildirib ki, Poatanın növbəti rəqibi 120 kq çəki dərəcəsində məğlubedilməz dördüncü reytinqli UFC döyüşçüsü amerikalı Coş Hokitt ola bilər .

“AgFight” Teyşeyradan sitat gətirib:

“Biz Aleksi dərhal titul yarışına çıxaracaq, onu yenidən zirvəyə qaldıracaq bir döyüş istəyirik. Qane ilə döyüşdən sonra onunla danışdım və dedim ki, Aleks, özünü toparla, belə alındı.

Səhvlərimiz üzərində işləyək, geri qayıdaq və bəlkə də bu döyüşü qazanarsan. Bu oğlan boş-boş danışır… Hokit. Meydana çıx, onu nokaut et, yenidən zirvəyə qalx və qisasını al. Düşünürəm ki, bu, Aleks üçün yaxşı bir döyüş olar”.

Xəbər lenti