Gündəm / Dünya Bugün, 18:25

Anomal istilər 14 minə yaxın insanı öldürdü - Son 30 ilin FƏCİƏSİ



Almaniyada bu ilin yayında anomal istilər nəticəsində təxminən 14 min insan həyatını itirib. Bu, son 30 ildə yüksək temperaturla bağlı qeydə alınan ən yüksək ölüm göstəricisidir.

Bu barədə Almaniya Meteorologiya Xidməti açıqlama yayıb.

Bildirilir ki, ilin əvvəlindən avqustun 9-dək istilər 14 minə yaxın insanın ölümünə səbəb olub. Müqayisə üçün, 1994-cü ildə isti hava 10,1 min, 2018-ci ildə isə 8,7 min insanın ölümünə səbəb olmuşdu.

Ən böyük itki 75 yaşdan yuxarı şəxslər arasında qeydə alınıb - bu yaş qrupunda 10,3 min insan dünyasını dəyişib.

Mütəxəssislər iyunun sonunu və iyul-avqust aylarının kəsişməsini ən təhlükəli dövrlər kimi müəyyənləşdiriblər. Ən ağır vəziyyət isə iyunun 22-dən 28-dək davam edən həftədə yaranıb. Həmin günlərdə 9,6 min ölüm halı qeydə alınıb.

Anomal istilər Almaniyanın qonşusu İspaniyada da ciddi fəsadlara səbəb olub. İspaniya hakimiyyətinin məlumatına görə, avqustun ilk yarısında güclü istilər 1108 nəfərin ölümünə gətirib çıxarıb.

Xəbər lenti