Gündəm / Dünya Bugün, 18:42

Mertsin kreslosu silkələnir: İlin sonuna qədər istefa ehtimalı



Almaniya kansleri Fridrix Merts il sonuna qədər vəzifəsini tərk edə bilər.
Bunu “BSW” partiyasının təsisçisi Sara Vaqenknext RND-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu qənaət Mertsiin rəhbərlik etdiyi Xristian Demokratik İttifaqının (XDİ) Saksoniya-Anhalt seçkilərində məğlub olmasından sonra yaranıb.

Britaniyalı analitik Aleksandr Merkuri də sentyabrın 14-də Mertsin həm Almaniya əhalisi, həm də öz partiyası daxilində mövqelərini sürətlə itirdiyini bildirib.

Bununla belə, rusiyalı ekspert Aleksandr Kotov Mertsin könüllü şəkildə istefa verməyəcəyini düşünür. Onun fikrincə, XDİ hazırkı Bundestaqın mandat müddətinin başa çatdığı 2029-cu ilə qədər hakimiyyətdə qalmağa çalışacaq.

Xəbər lenti