Gündəm / Dünya Bugün, 19:00

Mask yenə bütün rəqiblərini qabaqladı - Siyahıda birincidir



Amerikalı sahibkar İlon Mask "Forbes"in statistikasına əsasən ABŞ-nin ən varlı 400 iş adamının siyahısına liderlik edir.

Onun sərvəti 908 milyard dollar olaraq qiymətləndirilir.

Reytinqdə ikinci və üçüncü yerləri müvafiq olaraq Amazon şirkətinin təsisçisi Ceff Bezos (378 milyard dollar) və "Google"un həmtəsisçisi Larri Peyc (278 milyard dollar) tutub.

Dördüncü yerdə "Dell" şirkətinin təsisçisi və baş direktoru Maykl Dell 263 milyard dollarlıq sərvətlə qərarlaşıb. Beşinci yeri isə "Google"un digər həmtəsisçisi Sergey Brin 256 milyard dollarla tutub.

Reytinqin ilk onluğunu "Berkshire Hathaway" holdinqinin təsisçisi Uorren Baffet 144 milyard dollarlıq sərvətlə tamamlayıb.

Qeyd edək ki, İlon Mask dünyanın ilk trilyoneri statusunu qazan şəxsdir.(Axşam.az)

Xəbər lenti