Polşa Ukrayna ilə sərhəddə mühafizə postlarının təhlükəsizliyini gücləndirir.
Bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
Onun sözlərinə görə, 4-cü və 18-ci mühəndis alaylarının hərbçiləri sərhədin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində iş aparırlar. Hərbçilər HESCO istehkam sistemini və sərhəd mühafizə postlarını genişləndirirlər.
Tomçik bu addımın Rusiyadan qaynaqlandığı iddia edilən təhdidlərə cavab olaraq atıldığını deyib. Bildirib ki, görülən tədbirlər Polşa sərhədində təhlükəsizliyin gücləndirilməsinə və sərhəd mühafizə xidmətinə dəstək məqsədi daşıyır.
Nazir müavini paylaşımını görülən işləri əks etdirən fotolarla müşayiət edib.