"İnsan ömrünün yuxarı həddi hələ də 125 ili keçmir".
Bu fikirləri Rusiya Elmlər Akademiyasının akademiki, N. İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin rektoru Sergey Lukyanov “Elm 0+” festivalında səsləndirib.
“Biz yenə də müəyyən həddə dirənirik: nə 1000 il əvvəl, nə də bu gün heç kim 122–125 yaş həddini aşmağa nail olub”, — alim deyib.
O əlavə edib ki, Yer üzündə qocalma proqramının müddəti növdən-növə dəyişir. Bu proqram fərdlərin məhv olmasını nəzərdə tutur ki, onlar yeni nəsillərin qidasını əllərindən almasınlar. Bundan başqa, qocalma orqanizmdə müəyyən sistem xəstəliklərinin inkişafı ilə də bağlıdır.