Tayland ölkəyə səfər edən xarici vətəndaşlar üçün 60 günlük vizasız rejimi yenidən nəzərdən keçirmək barədə qərar verməyib.
Planetinfo.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyindən TASS-a açıqlama verilib.
Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin 10 fevral 2026-cı il tarixli qərarında sadəcə davam edən viza qaydalarının nəzərdən keçirilməsi prosesinin irəliləyişi qeyd olunub. Vizasız rejim siyasətində dəyişikliklərə səbəb ola biləcək hər hansı sonrakı addımlar müvafiq orqanlar tərəfindən diqqətlə və hərtərəfli nəzərdən keçiriləcək. Bu mərhələdə hələlik heç bir qərar verilməyib - deyə qeyd edilib.