Gündəm / İdman Dün, 21:00

Qarabağ – Nyukasl matçına nə qədər bilet satılıb?


UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" – "Nyukasl" (İngiltərə) qarşılaşmasına bilet satışı davam edir.

QOL.az istinaden Planetinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı son məlumata görə, artıq 18 750 bilet satılıb.

Xatırladaq ki, bu həyəcan dolu matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.

Xəbər lenti