"Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıq əldə etməsi Koreya yarımadasında sülhə töhfə verməyəcək".
Planetinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev jurnalistlərlə görüşü zamanı deyib.
Diplomat bildirib ki, Şimal-Şərqi Asiyadakı vəziyyətdən danışılırsa, bu addım Pxenyana güclü təzyiq göstərmək məntiqinə uyğundur.
O qeyd edib ki, KXDR ətrafında artıq müxtəlif zərbə silahları fəal şəkildə nümayiş etdirilir.
Zinovyev qeyd edib ki, Pxenyanın bu cür fəaliyyəti öz təhlükəsizliyinə təhdid kimi görür.
O qeyd edib ki, Koreya Respublikası ilə ABŞ arasında nüvə sualtı qayığının tikintisi üzrə əməkdaşlıq müəyyən hallarda Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NSYM) ziddiyyət təşkil edə bilər.
Xatırladaq ki, oktyabrda Gyeongju sammitindən sonra ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasının Filadelfiyadakı gəmiqayırma zavodunda nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa etməsinə icazə verəcəyini açıqlayıb.