Avropanın aparıcı "Politico" nəşri Münhen Təhlükəsizlik Konfransında baş verən ən gülməli anların siyahısını tərtib edib.
Planetinfo.az xəbər verir ki, bunların arasında ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valtsın çıxışına Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallasın reaksiyası daxil olub.
Valts Vaşinqtonun çoxsaylı müharibələrə son qoymaq səylərindən danışanda Kallas şübhə ilə yanaşıb və gülüb.
Məlumata görə, Kallas Amerikanın ən güclü diplomatına “ən pis poker sifəti” mükafatını verib və Kallasın reaksiyası tez bir zamanda internetdə gündəm olub və Avropanın amerikalılara qarşı qıcıqlanmasının simvoluna çevrilib.
Qəzet həmçinin gülməli anlara çıxışına Fransa Prezidenti Emmanuel Makrona hörmət əlaməti olaraq günəş eynəyi taxaraq başlayan MSC sədri Volfqanq İşingeri və baş katib Marko Ruttenin qəribə hekayələrini də daxil edib.