Gündəm / Siyasət / Dünya Bugün, 20:29

Bu ölkələr Qəzzaya 7 milyard dollar vəsait ayrıb - Tramp açıqladı



ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrin Qəzza zolağına 7 milyard dollar məbləğində yardım paketi ayırdığını bəyan edib.

Planetinfo.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Mən məmnuniyyətlə elan edirəm ki, Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt birlikdə yardım üçün 7 milyard dollardan çox vəsait ayırıblar. Bu, möhtəşəmdir", — deyə Amerika lideri Sülh Şurasının ilk iclası çıxışı zamanı bildirib.

Tramp həmçinin qeyd edib ki, digər dövlətlər də öz töhfələrini verirlər, lakin konkret hansı ölkələr olduğunu dəqiqləşdirməyib.

İlk iclasın iştirakçıları arasında Azərbaycan, Türkiyə, Ermənistan, Misir, Pakistan, BƏƏ, Argentina, İndoneziya liderləri də daxil olmaqla, ümumilikdə 20-yə yaxın ölkə təmsil olunub.

Dəvət olunmuş Rusiya Prezidenti Vladimir Putin, habelə Belarus və Çin liderləri Aleksandr Lukaşenko və Si Cinpin görüşdə iştirak etməyiblər.

Xəbər lenti