Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib.
Planetinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.