Gündəm / Siyasət / Dünya Bugün, 21:58

ABŞ səfirliyinin qarşısında avtomobil partladı - İrəvanda nə baş verir?



Planetinfo.az xəbər verir ki, ABŞ-ın İrəvandakı səfirliyinin binası yaxınlığında avtomobil partlayıb, daha sonra yanğın baş verib.

Bu barədə News.am məlumat yayıb.

Hadisə təxminən saat 18:00-da (Bakı vaxtı ilə 18:00) İsakov prospektində, ABŞ səfirliyi ilə üzbəüz qeydə alınıb. Yanğınsöndürmə briqadalarının işi başa çatana qədər diplomatik nümayəndəlikdən Qələbə körpüsü istiqamətinə olan yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Hüquq-mühafizə orqanları avtomobil sahibinin və sürücünün şəxsiyyətini müəyyənləşdirirlər.

Xəbər lenti