Gündəm / Siyasət / Dünya Dün, 23:53

İranla bağlı qərar verildi




"ABŞ-nin İran barədə qərarı artıq verilib".

Planetinfo.az xəbər verir ki, bunu ABŞ Senatının respublikaçı üzvü Lindsi Qrem deyib.

Senator bildirib ki, bu qədər hərbi gəminin Yaxın Şərqə göndərilməsi sadəcə bölgədə ilin bu fəslində havanın yaxşı olması ilə bağlı deyil.

"ABŞ və İsrailin İran rejiminin öz xalqını öldürmək imkanlarını zəiflətməyə yönəlmiş birgə layihəsi yaxşı xəbərdir. Tarixi məqamlardır və əgər qarşıdakı 30 gün ərzində İran dosyesi üzrə həll yoluna nail olunmasa, bu fürsət əldən çıxacaq", - Qrem qeyd edib. (Teleqraf)

Xəbər lenti