Gündəm / İdman 20-02-2026, 21:57

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb




Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.

Planetinfo.az xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə edib.

Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.

Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.

Qeyd edək ki, cavab görüşləri sabah baş tutacaq.

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb

Xəbər lenti