İmişli PFK heyətini yeni futbolçu ilə gücləndirib.
Bu barədə Planetinfo.az-a klubdan məlumat verilib.
Məlumata görə, 25 yaşlı azərbaycanlı yarımmüdafiəçi Orxan Fərəcov ilə müqavilə imzalanıb.
Karyerası ərzində müxtəlif klublarda çıxış edən futbolçu Şamaxı-2, Keşlə FK, Səbail FK, Polşanın "KS CK Troszyn" və "Narew Ostroelka" komandalarının formasını geyinib.
Son mövsümlərdə isə o, Baku Sporting və Şahdağ FK klublarında çıxış edib.
Klub rəhbərliyi yeni transferin komandaya faydalı olacağına inandığını bildirib və futbolçuya “İmişli”nin heyətində uğurlar arzulayıb.