Gündəm / İdman 21-02-2026, 19:24

Millimiz Belarus yığmasını məğlub etdi



Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.

Planetinfo.az xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib.

Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.

Qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

Xəbər lenti