Gündəm 22-02-2026, 08:27

Şamaxıda zəlzələ oldu




Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb.

Planetinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.

Xəbər lenti